Sumqayıtda inşa edilən yeni stadionda işlər davam edir (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Sumqayıtda inşa edilən yeni stadionda tikinti işləri davam etdirilir.

AzerTimes-ın məlumatına görə, yeni stadion 60 il əvvəl istifadəyə verilmiş Mehdi Hüseynzadə adına Sumqayıt Stadionunun yerində tikilir. Hazırda stadionda tribunaların üzərində olan örtüyün quraşdırılması yekunlaşmaq üzrədir.

Bundan əlavə stadionun mərkəzində olan tullantılar ərazidən çıxarılıb. Qazon örtüləcək torpaq xüsusi texnikaların köməyi ilə bərkidilib. Stadionda qonaqlar üçün ayrılan tribunalarda da işlər aparılır.

Qeyd edək ki, yeni tikilən stadionun tutumunun 12 min olacağı nəzərdə tutulur. Köhnə stadionda meydanın kənarında olan qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstüörtülü iki ehtiyat meydança tikiləcək. Stadionun ərazisində hotelin inşa olunması da planlaşdırılır.

Teqlər: