Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzildə divan, kreslo, televizor, yataq dəsti və divar üzlüyü 0,5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: