Sumqayıt yollarına pul ayrıldı

Sumqayıt yollarına pul ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

İstiPress xəbər verir ki, Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər icra hakimiyyətinə 4 milyon manat ayrılıb.