Statistikaya görə Fransa xalqı Makrondan narazıdır

Statistikaya görə Fransa xalqı Makrondan narazıdır

Son araşdırmalar Fransa prezidenti Emmanuel Makronu dəstəkləyənlərin sayının 40%-ə düşdüyünü göstərir.  

Fransa İctimai Tədqiqat İnstitutunun araşdırması nəticəsində məlum olub ki, Makron iyul ayında 10%, avqustda isə 14% dəstəkçisini itirib.

Araşdırmada bildirilir ki, son illərdə ilk dəfə bir prezident bu qədər dəstəkçisini qısa zamanda itirir. Bildirilir ki, vəsifəsinin icrasına başlayandan sonra keçmiş prezident François Hollandı dəstəkləyənlərin sayı 54%, Nikola Sarkozinin dəstəkçiləri isə 69% olmuşdu, Makronun tərəfdarları isə sadəcə 40%-dir.