Şri-Lanka sahillərində yanan gəminin sahibindən 40 milyon dollar təzminat tələb edir

Şri Lanka mayın 20-də sahillərində alovlanan və iki həftə sonra söndürülən gəminin operatorundan 40 milyon dollar təzminat almaq niyyətindədir.

Trend İnterfaks-a istinadən xəbər verir ki, səlahiyyətli orqanlar zərərin qiymətləndirilməsi üzərində işlərini davam etdirirlər, hazırda tələb olunan məbləğ isə xilasetmə xərclərinin ödənilməsinə yönləndiriləcək.

Xatırladaq ki, Sinqapurda qeydiyyatdan keçmiş “X-Press Pearl” Şri-Lankanın ən böyük şəhəri olan Kolombo sahilindən 18 kilometr aralıda yanıb və hadisə nəticəsində dənizə yüzlərlə ton neft axıb.

Teqlər: