“SpaceX” Türkiyəyə məxsus rabitə peykini orbitə buraxdı

ABŞ-ın “SpaceX” şirkəti “Falcon 9” daşıyıcı raketi ilə Türkiyəyə məxsus “Turksat 5A” rabitə peykini orbitə buraxıb.

AzerTimes-ın məlumatına görə, peykin buraxılışı Kanaveral burnunda (Florida ştatı) Bakı vaxtı ilə saat 06:14-də həyata keçirilib.

Proqnozlara əsasən, peyk cari ilin ikinci yarısında fəaliyyətə başlayacaq.

azertimes.az