Şoyqu Qarabağa gələn sülhməramlılarla bağlı ətraflı məlumat verdi

Şoyqu Qarabağa gələn sülhməramlılarla bağlı ətraflı məlumat verdi

“Hava yolu ilə 3 gün ərzində Dağlıq Qarabağa 1100 nəfərdən çox rusiyalı sülhməramlı hərbçilər göndərilib.”

Rusiya Federasiyasının Müdafiə naziri, Ordu-generalı Sergey Şoyqu Prezident Vladimir Putinin Dağlıq Qarabağda humanitar məsələlərlə bağlı keçirdiyi onlayn görüşündə deyib:

“Üç sutka ərzində 73 təyyarə reysi həyata keçirilib, 1 103 hərbçi, 168 texniki vasitə daşınıb. Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyası tərəfindən texnika və materialların daşınması “sutka ərzində 25 uçuş” göstəricisi ilə davam etdirilir”.

Şoyqunun sözlərinə görə, Rusiya sülhməramlı missiyasının Dağlıq Qarabağdakı müşahidə məntəqələrinin yerləşdirilməsi şənbə günü başa çatacaq.

“Sülhməramlıların daha bir məntəqəsi Dağlıq Qarabağın şimalında yerləşdirilib. Sabah sözügedən ərazidə daha 8 postun yerləşdirilməsini başa çatdırmağı planlaşdırırıq”, – deyə Şoyqu bildirib.

O əlavə edib ki, Xankəndi və Şuşada 4 müşahidə məntəqəsi quraşdırılıb: “Bu gün isə “Cənub” məsuliyyət zonasında müşahidə məntəqələrinin yerləşdirilməsi başa çatdırılacaq. Bu zonada ümumilikdə doqquz məntəqə olacaq”.