Sovetskidə məscid sökülür

Sovetskidə məscid sökülür

Bakıda məscid sökülür. Yasamalda “Sovetski” adlanan ərazidə yerləşən Hacı Cavad məscidinin sökülməsi üçün ətrafına ağır texnika və polis əməkdaşları cəlb edilib. Məscidin söküntüsü ərazidə yaşayan sakinlərin böyük narazılığı ilə müşahidə olunur. Söküntüyə etiraz edənlər arasında qadınlar da var.

“Sovetski”nin bir qrup kişi sakinləri məscidin birinci, qadınlar isə ikinci mərtəbəsinə daxil olaraq, onun söküntüsünün qarşısını almağa çalışırlar. Məlumata görə, bir neçə nəfər polis tərəfindən saxlanılıb.

Hal-hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri polis əməkdaşlarının müşayiəti ilə məscidin içərisində müdafiəyə qalxan vətəndaşlarla danışıqlar aparır. Hadisəni işıqlandıran jurnalistlər isə ərazidən uzaqlaşdırılıb.

Əraziyə Yasamal rayon icra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və baş nazirin müavini Yaqub Eyyubov da gəlib.

Qeyd edək ki, Mustafa Sübhi küçəsi, 63 ünvanında yerləşən qədim məscidin sökülmə işlərinə ötən il başlanılmışdı. Lakin etirazlardan sonra söküntü işləri dayandırılmışdı.

“Sovetski” də plana düşən Hacı Cavad məscidinə elektrik enerjisinin verilişi dayandırılıb. Məscidin dini icma nümayəndəsinin Hal-hazırda ibadətə gələnlər özləri kəsilmiş naqilləri bərpa etməyə çalışır.

Hal-hazırda məscidin söküntüsü dayandırılıb.