Son 6 ayda 8 yeni marşrut xətti yaradılıb

Xəbər - Çingiz Səfərli – Trend:

Avtobus şəbəkəsinin optimallaşdırılması istiqamətində son 6 ay ərzində 8 yeni müntəzəm marşrut xətti yaradılıb.

Trend xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, yeni təşkil edilən bu marşrutlarla gündəlik 20 min sərnişin rahat daşınır:


“Ümumi marşrut şəbəkəsinin uzunluğu isə 4,4% artıb”.

Teqlər: