Son 5 ayda əlillərə 18 minə yaxın reablitasiya vasitəsi verilib – Nazirlik

Xəbər - Samir Əli – AzerTimes:

Bu ilin yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-ə verilən məlumata görə, hesabat dövründə nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi olan şəxsləri 500-ə yaxın təkərli oturacaqla təmin edib.

Bu kateqoriyadan olan şəxslərə həmçinin 544 aşağı və yuxarı ətraf, süd vəzi protezi, 473 aşağı və yuxarı ətraf ortezi, 5812 müxtəlif reabilitasiya vasitəsi, 59 bel və boyun nahiyəsi üçün korset verilib. Eləcə də, 643 cüt protez ayaqqabı, 1042 cüt ortopedik ayaqqabı, 1061 qoltuqaltı və dirsəkaltı ağac, 1016 ədəd əsa və s. təqdim olunub.


Ümumilidə son beş ayda 4919 nəfər əlilliyi olan şəxs (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan 771 şəxs) 18 minə yaxın reabilitasiya vasitəsi ilə təmin edilib.

Teqlər: