Somalidə avtobus partladılıb – 17 ölü

Xəbər - Orxan Nəbiyev – Trend:

Somalinin paytaxtı Moqadişo yaxınlığında sərnişinlərin olduğu avtobus partladılıb.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində azı 17 nəfər həlak olub.

Qeyd olunur ki, avtobus minaya düşüb.


Hadisə ilə bağlı araşdırma aparılır. Hələlik, məsuliyyəti üzərinə götürən olmayıb.