Somali prezidenti səlahiyyət müddətini iki il müddətinə uzatmaqdan imtina etdi

Somali prezidenti Mohamed Abdullahi Mohamed səlahiyyət müddətini iki il uzatmaqdan imtina edəcəyini deyib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.

O bildirib ki, bu qərarın səbəbi paytaxt Mogadişoda baş verən qarşıdurmalardan sonra daxili və beynəlxalq təzyiqlər və təhlükəsizlik qüvvələrinin etnik xüsiyyətlrə üzrə bölünməsi olub.