Solyariyə qadağa qoyulur

Solyariyə qadağa qoyulur

Belçika Səhiyyə Nazirliyi dəri xərçəngi riski yaratması səbəbilə solyari vasitəsilə qaralmağın qadağan edilməsini tələb edib.

Artıq Maliyyə Nazirliyi proseduru həyata keçirən mərkəzlərlə görüşüb qadağa haqqında xəbərdarlıq yaymağa başlayıb.

Əvvəllər də bu kimi qadağalar tətbiq edən hökumət artıq tək solyarini yox, süni şəkildə qaralmağa xidmət edən hər növ “ultrafiolet” cihazlarının satışına və istifadəsinə qəti qadağa qoyub.

Səhiyyə Nazirliyindən bildirib ki, bu kimi cihazların verdiyi şüa səviyyəsi insan bədəninin qəbul edə biləcəyindən artıqdır. Bu da çox ciddi dəri xərçəngi riski yaradır. Bu şüanın insana zərər verməsinin qarşısını alacaq bir vasitə isə yoxdur.

Beləliklə də 1 sentyabrdan etibarən solyari mərkəzləri insanlara məcburi olaraq “Solyari dəri xərçəngi yaradır” kimi xəbərdarlıqlar edəcək. Belçikayla yanaşı, Hollandiya da bu qərarı qəbul edə və solyari qadağası tətbiq oluna bilər.

Avstraliyada isə sözügedən qadağa artıq 2 ildir ki, tətbiq edilir.