Soğanın məişətdə olan faydaları

Soğanın məişətdə olan faydaları

  Yeməyin dadına ləzzət qatan soğanı yeməkdən kənarda da istifadə edilməsinin mümkün olduğunu heç bilirdiniz ?  

Həşəratların olduğu yerlərə dərman qoymaq əvəzinə soğan üsulunu təcrübədən keçirə bilərsiniz. Doğranmış soğanı sprey şüşəsinə qoyun, üzərinə su əlavə edin və həşəratların olduğu yerə səpin.

Soğanı rəndədən keçirin və ya suyunu sıxın. Bu suyu təmiz bir bezlə metalların üzərinə sürtün və parıldadın.
Qazanlardan daşan yeməkdən sonra yemək artıqları quruyur və təmizlənməsi çətinləşir. Bu səbəblə sobalarınızın səthini simli silgi ilə cızmaq əvəzinə, soğan ilə sürtüb ləkələri aradan qaldırın.

Yeni hazırlanmış boyanın qoxusu çox ağır iy verir. Qoxunun ağır olduğu bu bölgələrə soğan qoyaraq qoxunu azaldın.
Soğanın suyunu qaynadaraq, öskürək və boğaz ağrısı kimi xəstəliklərin aradan qalxmasını təmin edə bilərsiniz.
Özünüzü pis hiss etdiyinizdə soğan qoxulayın və odekolondan daha sürətli bir təsir verdiyini görəcəksiniz. Bundan başqa, bir dilim soğanı iyləmək, burundakı qanaxmanı zəiflədir və dayandırır.

Ağcaqanad dişləməsindən qaynaqlanan qaşınmanı soğan ilə azalda bilərsiniz. Qaşınan yerə bir az soğan sürtün və gözləyin. Qaşınmanın sakitləşdiyini görəcəksiniz.

Soğan yanıq müalicəsində də istifadə edilir. Soğanda ağrını azaltmağa kömək edən quersetin və kükürd birləşmələri var.

Soğan dilimlərini yanıq suluqlarının qarşısını almaq üçün yaralı hissəyə tətbiq edə bilərsiniz.
Ləkəli bölgəyə bir kəsik soğan sürtün, daha sonra gündəlik istifadə etdiyiniz yuyucu vasitə ilə yuyub yaxalayın.
Pas tutan hissəyə soğan sürtsəniz ləkələrdən xilas ola bilərsiniz.

Aparılan araşdırmalara görə, müntəzəm soğan yeyən insanlarda qan şəkərinin balanslaşdığı və xolesterinin aşağı düşdüyü müəyyən olunub.

Aspiratorun üzərinə yapışan yağlardan xilas olmaq üçün soğanı ortadan iki hissəyə bölün və üzərinə bir miqdar soda əlavə edin. Bu vəziyyətdə soğan kəsiyini asperatorun üzərinə sürtün, sonra yuyun. Yağların asanlıqla çıxdığını görərsiniz.

Çirklənən ayaqqabılarınızı soğan ilə sürtüb təmizləyə bilərsiniz. Daha sonra nəmli parça ilə qurulayın.