SOCAR Ukraynaya mayeləşdirilmiş təbii qaz idxalçıları arasında ilk onluqda yer alıb

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2021-ci ilin martında Ukraynaya 3,25 min ton mayeləşdirilmiş təbii qaz idxal edib.

AzerTimes-ın məlumatına görə, bu göstərici ilə fevral ayı ilə müqayisədə 2,89 faiz azdır.

Ümumilikdə mart ayında Ukrayna 119,1 min ton mayeləşdirilmiş təbii qaz idxal edib ki, bu da fevral ayı ilə müqayisədə 11 faiz çoxdur.


SOCAR Ukraynaya mayeləşdirilmiş təbii qaz idxalçıları arasında ilk onluqda yer alıb. Ölkəyə ən çix mayeləşdirilmiş təbii qazı (12,82 min ton) “Qran-pri Oyl” şirkəti idxal edib.

Teqlər: