“SOCAR Türkiyə” tullantıların azaldılması ilə bağlı planlar barədə

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

“SOCAR Türkiyə” istehsalda nafta əvəzinə tullantı qazının istifadəsi üzrə layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlayır.

AzerTimes-ın məlumatına görə, bunu şirkətin neft emalı və neft-kimya biznes bölməsinin rəhbəri Anar Məmmədov deyib.

Qeyd olunub ki, tullantı qazı qiymətli neft-kimya məhsuludur: “STAR neft emalı zavodu ildə təxminən 190 min ton tullantı qazı istehsal edir. Bu qazın yandırılması əvəzinə etilenpropilenə çevrilməsi nəzərdə tutulur. Bir sözlə, biz xammalımız olan nafta əvəzinə müəyyən miqdar tullantı qazını istehsalda istifadə etməyi planlaşdırırıq”.

Qeyd edək ki, tullantı qazı sənaye prosesində alınan və ya sənaye obyekti və materialından ayrılan kənar məhsuldur.


Bundan başqa, A.Məmmədov bildirib ki, istifadə olunan texnologiyalar sayəsində “SOCAR Türkiyə” “Petkim” neft-kimya kompleksində tullantıların 10 faiz azalmasına nail olub.

Onun sözlərinə görə, 2035-ci ilədək hədəf tullantıların 1 faizədək azaldılmasıdır. O əlavə edib ki, “Petkim” 2020-ci ildə karbon tullantılarının təxminən 200 min ton azaldıb və 44 min ton suya qənaət edib.

Teqlər: