“SOCAR Polymer” ixracı 60 milyon dollardan çox artırıb

2021-ci ilin yanvar-avqust aylarında “SOCAR Polymer” şirkəti 142,7 milyon dollar məbləğində məhsul ixrac edib.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən məlumat verir.

Qeyd olunur ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 faiz və ya 60,6 milyon dollar çoxdur.


“SOCAR Polymer” Azərbaycanın dövlət sektorunda ixrac üzrə liderlərdən biri olub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: