SOCAR öz investisiya strategiyasını bazarın dəyişən reallıqlarına uyğun müəyyənləşdirir

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) öz investisiya strategiyasını bazarın dəyişən reallıqlarına uyğun müəyyənləşdirir.

Bunu AzerTimes-a SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, bazarın reallıqları indi sürətlə dəyişir və ona görə də şirkətlərə öz strategiyalarını təkrar nəzərdən keçirmək tövsiyə olunur:


“Məhz bu səbəbdən SOCAR “McKinsey” şirkəti ilə birgə 2035-ci ilədək yeni strategiya hazırlayıb. Hazırda strategiya hökumət strukturlarında baxışdan keçirilir. Sənəd təsdiq olunduqdan sonra biz ictimaiyyəti növbəti onillik üçün strateji investisiyalar korporatiiv yanaşmamızı elan edəcəyik”

Teqlər: