SOCAR-ın Qara dənizdəki neft terminalında buxar qazanlarının planlı yoxlanması aparılıb

Xəbər - Ləman Zeynalova – AzerTimes:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qara dənizdəki Kulevi neft terminalında təftiş orqanı tərəfindən buxar qazanlarının planlı yoxlanması aparılıb.

AzerTimes bu barədə terminalın saytına istinadən məlumat verir.

Qeyd olunur ki, yoxlanma nəticəsində təftiş orqanı tərəfindən buxar qazanlarının istifadə üçün yararlı olduğu barədə sertifikat təqdim olunub.

Kulevi terminalı 2008-ci ildən istifadəyə verildikdən etibarən burada bir neçə buxar generator qazanı işləyir. İlkin olaraq terminalda saatda ümumilikdə 24 min kubmetr buxar istehsal iki qazan işləyirdi. 2016-cı ildə 48 min kubmetr ümumi istehsal gücü ilə daha 3 buxar qazanı inşa edilib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: