Özü bərpaolunan smart-şüşə

Özü bərpaolunan smart-şüşə

Kaliforniya Universitetindən bir qrup kimyaçı elektrik keçirə bilən özü bərpaolunan material (şüşə) yaradıb.

Bu material smartfonlar üçün ekran qismində istifadə oluna bilər.

Mütəxəssislər qeyd edirlər ki, bu material sınaqlar zamanı cızıq və kəsiklərə qarşı davamlılıq nümayiş etdirib. Material yarıya bölündükdə belə 24 saatdan az müddətdə bərpa olunur.

Belə ki, bu materialın tərkibində olan ion və molekullar bir-birinə doğru hərəkət edərək üz qabığının birləşməsinə səbəb olur.