Slovakiyada “Sputnik V” peyvəndi ilə vaksinasiya iyunun 7-si başlayacaq

Slovakiya vətəndaşlarının koronavirusa qarşı Rusiyanın istehsal etdiyi “Sputnik V” peyvəndi ilə vaksinasiyası iyunun 7-si başlayacaq.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, Rusiyanın istehsal etdiyi peyvəndlə vaksinasiya olunmaq istəyənlər üçün Slovakiyada iyunun 1-dən onlayn şəkildə qeydiyyat başlayıb.

Vaksinasiyada 18-60 yaşlarında vətəndaşlar iştirak edə bilər.