Skype’ın kompüter versiyasında da yeniliklər edildi

Skype’ın kompüter versiyasında da yeniliklər edildi

“Skype”ın kompüter (destkop) versiyası üçün çoxdan gözlənilən yenilənmələr həyata keçirilib.  

Daha əvvəl ancaq Android” və iOS platformalarındakı cihazlarda istifadəsi mümkün olan funksiyalardan bütün masaüstü kompüter istifadəçiləri də istifadə edə biləcəklər.

İstifadəçilər ən orijinal yenilənmələrdən biri kimi qrup çatında həmsöhbətin xatırladılması imkanını qeyd ediblər. Bu funksiyadan yararlanmaq üçün “@” işarəsindən istifadə etməklə istifadəçinin adını (yuzerini) yazmaq lazımdır.

Xidmətdə ənənəvi dizayn yenilənməsi də baş verib. “Skype”ın bildirişlər panelində artıq daha öncə göndərilən sənədləri, audio və video faylları, həmçinin keçidləri də tapmaq mümkün olacaq.

İstifadəçilər reaksiyaların mübadiləsinə imkan verən genişləndirilmiş qrup zənglərindən də xeyli razıdır.

Xatırladaq ki, daha əvvəl “Microsoft” korporasiyası “Skype”a pul göndərmək funksiyasını da əlavə edib. Hazırda bu yenilikdən ancaq mobil cihazların istifadəçiləri istifadə edə bilirlər. Ancaq sınaq rejimi başa çatdıqdan sonra funksiya xidmətin kompüter versiyalarında da istifadəyə verilə bilər.