Siyəzəndə ağır yol qəzası oldu

Siyəzəndə ağır yol qəzası oldu

Bu gün (15 may) səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Quba magistralının 112-ci km-də Şkoda markalı avtomobillə qəza törədilib. Siyəzən rayonu ərazisində nəqliyyat vasitəsinin aşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər ağır bədən xəsarətləri alıb. Ölənlərin hər ikisi qadındır, xəsarət alanlardan biri kişi, digər isə qadındır. Xəsarət alanlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Siyəzən regional müalicə diaqnostika mərkəzindən verilən məlumata görə, mərkəzə gətirilən 2 nəfərin – Binəqədi sakini, 26 yaşlı Sənan Şükürov koma vəziyyətindədir, o ağır baş beyin travması alıb, digər yaralı, 25 yaşlı, Abşeron sakini Afət Ağayeva isə müxtəlif ağır xəsarətlər və sınıqlar alıb.

Dəhşətli qəzada ölənlər isə ana-baladırlar. Ana Natəvan, qızı Aytən Hüseynovadırlar. Şkodanın sürücüsü isə Binəqədi rayon sakini Sənan Şükürovdur, o koma vəziyyətindədir.