Siri mesajları səsli oxuyacaq

Siri mesajları səsli oxuyacaq

“WhatsApp”dan daha bir yenilik. Artıq mesajlar səsli olaraq oxunacaq. Yenilikdən sonra istəsəniz “WhatsApp” mesajları səsli şəkildə oxunula biləcək.

Yolda gəzərkən, maşın sürərkən və ya bu kimi şəraitlərdə gələn mesajları oxumaq həyatınız üçün təhlükə yarada bilər. Yenilik ilə birlikdə iOS istifadəçiləri önəmli bir xüsusiyyət əldə ediblər. Yazışmaları “Apple”ın tətbiqi olan “Siri” oxuyacaq.

Bu zaman siz “Siri”nin yeni xüsusiyyətindən istifadə edərək mesajları dinləyə və cavablandıra bilərsiz. Ancaq bunun üçün “iOS 10.3” versiyasına sahib olmalısınız.

Xatırladaq ki, adıçəkilən şəbəkə dünyanın ən geniş və sürətlə yayılan ani mesajlaşma sistemidir. Hazırda “WhatsApp” istifadəçilərinin sayı bir milyardı ötür.