Sirac Abışovla vida mərasimi (FOTO)

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan AzTV-nin operatoru Sirac Abışovla vida mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, vida mərasimi vida mərasimi Sirac Abışovun yaşadığı evdə – Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində keçirilib.

Vida mərasimində dövlət rəsmiləri, vətəndaşlar, mərhumun yaxınları iştirak edirlər. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin tapşırığı ilə vida mərasimində iştirak edib, Prezident və Birinci Xanım Mehriban Əliyevanın başsağlığını çatdırıb.

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.

Teqlər: