Şimali Koreya lideri dünyasını dəyişibmi ?

Şimali Koreya lideri dünyasını dəyişibmi ?

Çin mediası haqqında günlərdir xəbər verilməyən Şimali Koreya lideri Kim Çen Inın öldüyünü iddia edib.

Çinin “HKSTV Honq Konq” telekanalı Şimali Koreya lideri Kim Çen Inın öldüyünü açıqlayıb.

Çin mediasının yaydığı bu açıqlama dünya mətbuatında ciddi təhlillərə səbəb olub.

Şimali Koreya hökumətinin haqqında hələlik heç bir açıqlama vermədiyi Kim Çen Inın ölüm xəbəri doğru olarsa, onun yerinə bacısının keçəcəyi gözlənilir.

Cənubi Koreya mediası isə Kim Çen Inın ölüm xəbərinin inandırıcı olduğunu yazıb. Bölgə üzrə mütəxəssis olan Yanq Sunq Min Cənubi Koreya mediasına açıqlamasında Şimali Koreya liderinin ölüm xəbərinə inandığını bildirib.

Şimali Koreya liderinin ürək əməliyyatı keçirdiyi və səhhətinin ciddi təhlükə altında olması xəbərləri Çin, Yaponiya, Cənubi Koreya, Rusiya və ABŞ başda olmaqla dünya mediasının ən çox müzakirə mövzularından birinə çevirilib. ABŞ prezidenti Donald Tramp Kim Çen Inla bağlı açıqlamasında, “vəziyyətinin yaxşı olmasını istəyirəm, aramızda yaxşı bir münasibət var. Vəziyyəti xəbərlərdə yayılan kimidirsə, buna çox üzülürəm” deyib.

Kremlin sözçüsü Dimitri Peskov isə Şimali Koreyadan rəsmi bir xəbər gözlədiklərini deyib. Çin Xarici İşlər naziri Genq Shuanq açıqlamasında, Kim Çen Inla bağlı xəbərləri yaxından izlədiklərini və əllərində ciddi bir dəlil olmadığını bildirib.