Səudiyyə kralı Salman hakimiyyətdən gedir

Səudiyyə kralı Salman hakimiyyətdən gedir

İngiltərənin “Independent” qəzeti şok iddia ilə çıxış edib.

Səudiyyə Ərəbistanında son həftələrdə çox sayda müxalif qüvvə üzvləri həbs edilib. Bildirilir ki, həbslər vəliəhd Məhəmməd İbin Salmanın kral Salmanı əvəz etməsi üçün hazırlıq məqsədi daşıyır.

Hazırda müdafiə naziri vəzifəsini icra edən Məhəmməd İbin Salman ölkədə güclü şəxslərdəndir və Körfəz böhranına, Qətərə qarşı tətbiq edilən sanksiyaların əsas təşəbbüskarı hesab edilir. Hətta böhranın səbəbinin Qətər əmiri Şeyx Təmimlə olan rəqabət olması da iddialar arasında idi.