Səudiyyə Ərəbistanının kralı Rusiyaya səfər edəcək

Səudiyyə Ərəbistanının kralı Rusiyaya səfər edəcək

Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz Əl Səud oktyabrda Rusiyaya səfər edəcək.

“Fars körfəzində çoxlu problemlər yaranıb. Rusiya regionda Səudiyyə Ərəbistanının bilavasitə iştirak etdiyi Qətər böhranından başlayaraq İranla körfəz ölkələrinin ciddi fikir ayrılıqlarına qədər münaqişələrin həllinə öz töhfəsini verməyə çalışır”, – deyə Rusiyanın diplomatik dairələrindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, kral Salmanın Rusiyaya səfərinə dair prinsipial razılıq əldə olunub, hazırda səfərin detalları müzakirə olunur.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Səudiyyə Ərəbistanı kralının səfərinin müzakirə olunduğunu təsdiqləyib, lakin o, səfərin konkret tarixin açıqlamayıb.