Səudiyyə Ərəbistanı peyvənd olunmuş zəvvarlara Həccə getməyə icazə verəcək

Səudiyyə Ərəbistanı koronavirusa qarşı peyvənd olunmuş zəvvarlara Ramazan ayında Həcc ziyarətinə getməyə icazə verəcək.

AzerTimes-ın “Əl-Ərəbiyə” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının Həcc məsələləri üzrə Nazirliyindən bildiriblər.


Məlumata əsasən, Həcc ziyarətinə getmək üçün icazə almaq istəyənlər peyvəndin hər iki dozasını almış olmalıdırlar.