Səudiyyə Ərəbistanı mayın 17-dən beynəlxalq aviareysləri bərpa edəcək

Xəbər - Orxan Nəbiyev – Trend:

Səudiyyə Ərəbistanı mayın 17-dən etibarən ölkədəki bütün hava limanlarının işini və beynəlxalq aviareysləri bərpa edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Mülki Aviasiya Baş İdarəsi qərar verib.

Qeyd olunur ki, hava limanları zəruri sanitar prortokollarına əməl etməklə fəaliyyətini bərpa edəcək.


Daha əvvəl, beynəlxalq uçuşların martın 31-də başlaması planlaşdırılırdı

Bundan başqa, Səudiyyə Ərəbistanında dəniz limanları və quru sərhəd keçid məntəqələri mayın 17-də açılması nəzərdə tutulur.