Səudiyyə Ərəbistanı husilərin buraxdığı yeddi PUA-nı zərərsizləşdiriblər

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə bölmələri Yəməndəki Ənsar Allah (Husilər) üsyançı hərəkatının tərəfdarları buraxan yeddi pilotsuz uçuş aparatını zərərsizləşdiriblər.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Əl Arabiya telekanalı məlumat verib.

Bildirilir ki, uçuş aparatlarının hədəfləri krallığın cənubunda yerləşən Nəcran və Cizzan vilayətlərindəki iki universitet və Xamis Müşait adlı yaşayış məntəqəsi olub.

Digər PUA-ların hədəflərinə çatmaları, itki və dağıntılar barədə məlumat verilməyib.

Teqlər: