Səudiyyə Ərəbistanı ilə Qətərin arası bir az da gərginləşdi

Səudiyyə Ərəbistanı ilə Qətərin arası bir az da gərginləşdi

Səudiyyə Ərəbistanı ilə Qətər arasında münasibətlər yenidən pisləşib. Bu dəfə böhrana səbəb Qətərin müsəlmanların müqəddəs torpağı hesab edilən Məkkə haqqında dedikləri iddia edilən açıqlamalar olub.

Qətər hər il milyonlarla insanın ziyarət etdiyi Kəbəyə beynəlxalq statusun verilməsini istəyib. Lakin Qətərin bu barədə açıqlamasının iddia olduğu qeyd edilir. Belə ki, heç bir rəsmi məlumatda bu barədə informasiya yer almayıb.

İddia belə Səudiyyə Ərəbistanını özündən çıxarmaq üçün kifayət edib. Ölkənin xarici işlər naziri Adil əl Cubeyr bunu savaş elanı adlandırıb. Onun sözlərinə görə, ölkəsinin Kəbəyə beynəlxalq status verilməsi barədə iddia qaldıran hər kəsə cavab vermək haqqına sahibdirlər.

Qeyd edək ki, Qətər bundan öncə də dəfələrlə Səudiyyə Ərəbistanının Həcc ziyarətini siyasiləşdirdiyini bəyan edib.

Ərəb ölkələri ilə Qətər arasında diplomatik qalmaqal iyun ayında başlayıb. İddiaya görə, buna səbəb Qətər əmirinin terrorçuluğu dəstəkləyən bəyanatı olub.