Senat Vilsakı ABŞ kənd təsərrüfatı naziri vəzifəsinə təsdiq edib

ABŞ Konqresinin Senatı Tom Vilsakın kənd təsərrüfatı naziri vəzifəsinə namizədliyini təsdiq edib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, prezident Cozef Bayden tərəfindən namizədliyi irəli sürülən T.Vilsakı 92 senator dəstəkləyib, 7 senator isə onun namizədliyinə qarşı çıxıb.

Qeyd edək ki, Tom Vilas ABŞ-ın 44-cü prezidenti Barak Obamanın prezidentliyi dövründə də kənd təsərrüfatı naziri vəzifəsində çalışıb (2009-2017).