Şəmkirdə ev yanıb

Xəbər - Samir Əli – Trend:

Şəmkir rayonunda yanğın hadisəsi olub.

AzerTimes-ın məlumatına görə, hadisə rayonun Aşağı Seyfəli kəndində baş verib. Ümumi sahəsi 110 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 70 m² sahədə və dam örtüyü yanıb.


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: