Şəkidə sürücü sükan arxasında bıçaqlandı

Şəkidə sürücü sükan arxasında bıçaqlandı

Şəkidə bıçaqlanma hadisəsi olub.

36 yaşlı Şəki şəhər sakini Abdurrəhmanov Etibar Rəhim oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Bıçaqlanma sürücü 90 MC 583 dövlət nişanlı Opel markalı avtomobildə olarkən baş verib. Sürücü idarəetməni itirərək maşını ağaca çırpıb. Yaralı xəstəxanaya çatdırılıb. Sağ qolunun üçdə birinin kəsilmiş yarası diaqnozu qoyulub.

Polis hadisəni törədən şəxsi axtarır.