Şəhid Xudayarı təhqir edəni döyən şəxslər tapıldı – DİN-dən AÇIQLAMA

Xəbər - Samir Əli – Trend:

Fuad Rəsulzadənin döyülməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə AzerTimes-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. O bildirib ki, sözügedən hadisə ilə bağlı videogörüntü sosial şəbəkələrdə yayılandan dərhal sonra nazirlik tərəfindən müvafiq araşdırma aparılıb:

“Fakta görə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə hadisənin baş verdiyi ərazi üzrə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Həyata keçiriən istintaq-əməliyyat tədbirləri nəticədində hadisəni törədən şəxslər müəyyən olunub.

Onlar şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur. Həmin şəxslər istintaqa cəlb edilərək izahatları alınıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.


Qeyd edək ki, Tvitterdə “Əhməd” adlı hesabdan ironik paylaşım edilib. Daha sonra Fuad Rəsulzadə həmin sözləri özünün dediyini açıqlayıb.

Xatırladaq ki, Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin döyüşlər ərəfəsində işğaldan azad edilmiş ərazidə oxuduğu mahnılar geniş yayılıb.

Teqlər: