Şəhid və qazi övladları üçün tədbir keçirilib (FOTO)

Xəbər - Samir Əli – Trend:

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı və dəstəyi, Sabunçu Gənclər Evinin, “TeasPress” Nəşriyyat evinin və “Benilüks” Azərbaycanlıları Konqresinin tərəfdaşlığı ilə 44 günlük Vətən Müharibəsinin şəhidləri və qazilərin övladları üçün 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib.

AzerTimes-ın məlumatına görə, tədbirdə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və fəal üzvüləri, Milli Məclisin Ailə Qadın Uşaq Problemləri üzrə Komtəsinin sədr müavini Jalə Əliyeva, Millət vəkili Sevil Mikayılova, Millət Vəkili Razi Nurullayev, Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev, “TeasPress” Nəşriyyat Evinin nümayəndəsi, tanınmış ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin İcraçı direktoru Zamin Zeynal bildirib ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı bu cür mənəvi dəstək ruhlu tədbiri həyata keçirməkdə əsas məqsəd Dövlət Başçısı, Ali Baş Komandan cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəhid ailələri və qazilərin həyat şəraitinin yaxşılaşdırılması və onların övladlarına diqqət və qayğı yönümündə gördükləri uğurlu işlərə İctimai dəstək olmaqla yanaşı vətəndaş cəmiyyəti töhvəsini verməkdir


İcraçı direktor onu da qeyd edib ki, Vətən Müharibəsi Əlilərinə Kömək İctimai Birliyinin idarə heyəti Prezident İlham Əliyevin İctimai siyasət kurunsunu əsas götürərək gələcəkdə də bu sayaq milli,vətənpərvərlik əzmində fədakarlıqla çalışaraq ictimai-siyasi yönümdə fəaliyyətlərini davam etdirəcəklər.

Teqlər: