Şəhid jurnalistlə vida mərasimi keçirilir (FOTO)

Xəbər - Samir Əli-AzerTimes:

Kəlbəcərdə minaya düşərək həlak olan Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimovla vida mərasimi keçirilir.

AzerTimes-ın məlumatına görə, vida mərasimi yaşadığı Binəqədi rayonunda Məhərrəm İbrahimovun evində keçirilir.

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.

Teqlər: