Şəhid jurnalist son mənzilə yola salınır (FOTO)

Kəlbəcərdə minaya düşərək həlak olan Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimovun dəfn mərasimi başlayıb.

AzerTimes-ın məlumatına görə, vida mərasimi yaşadığı Binəqədi rayonunda Məhərrəm İbrahimovun evində keçirilib. Şəhid jurnalist Abşeron rayonu, Şuraabad kənd qəbiristanlığında dəfn olunacaq. Dəfn mərasimində dövlət rəsmiləri, vətəndaşlar və mərhumun yaxınları iştirak edirlər.

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.


Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.

Teqlər: