Şəhid Azad Bəkirli dəfn edildi – FOTOLAR

44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan Azad Bəkirli dəfn edilib.

Yenicag.az xəbər verir ki, o, bu gün Dədə Qorqud qəbristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, qəhrəman şəhidimiz Bəkirli Azad Rasim oğlu 27 sentyabr 1992-ci ildə Bakı şəhərində doğulub.

O, Memarlıq və İnşaat Universitetinin İnformasiya Texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə ali təhsil alıb.

A.Bəkirli Vətən müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. 21 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

www.yenicag.az