Səhər saatlarında Bakı metrosunda nasazlıq baş verdi

Səhər saatlarında Bakı metrosunda nasazlıq baş verdi

Bu gün (1 avqust) səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hadisəyə səbəb “Həzi-Aslanov” – “İçəri Şəhər” istiqamətində hərəkət edən 11 saylı qatarda nasazlıq yaranmasıdır.

“Qatarın nasaz olması ümumi xətdə qatarların ləngiməsinə gətirib çıxarıb. Yaxın saatlarda bu problem aradan qaldırılacaq”, – o qeyd edib.