Samtredia’ya qollar azlıq etdi, yeni görüş keçiriləcək

Samtredia’ya qollar azlıq etdi, yeni görüş keçiriləcək

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində “Qarabağ” Gürcüstan çempionu “Samtredia”nın qonağı olacaq.    

Bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

Azarkeşlər iyulun 18-də “Boris Payçadze” adına stadionunda keçiriləcək görüş “İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı izləyə biləcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” ilk matçda Bakıda “Samtredia”nı 5:0 hesabı ilə məğlub edib.