Şamil Basayev haqqında film çəkilir

Şamil Basayev haqqında film çəkilir

Mosfilm‘də çeçenlərin səhra komandiri Şamil Basayev haqda film çəkilir.

Rusiaynın Federal Təhlükəsizlik Xidmətinin materiallarına əsaslanan filmin çəkilişi bu gün – avqustun 1-dən başlayacaq.

Filmin rejissoru “Qırmızı kapella”, “Tayqa: sağ qalmaq kursu”, “Qorxu əleyhinə dərman” teleseriallarına quruluş verən Andrey Aravindir.

Filmin qəhrəmanları FTX-nin iki zabiti olacaq. Bu zabitləri aktyorlar İqor PetrenkoAleksey Vertkov oynayacaq.

Şamil Basayevin prototipini canlandıran terrorçu rolunu isə çeçen aktyoru Əyyub Çingiyevə həvalə ediblər.

Filmin işçi adı “Terroristin məhvi”dir. (“Уничтожение террориста“)

(Qeyd edək ki, Şamil Basayev doğma torpaqları uğrunda qanından keçən qəhrəman çeçendir.)