Şamaxıda baxımsız qalan tarixi abidə təmizlənib (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Şamaxıda baxımsız qalan tarixi abidə təmizlənib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən AzerTimes-a verilən məlumata görə, Şamaxı rayonu Kələxana kəndində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Türbələr kompleksi”ndə (8 ədəd) Qəbələ regional idarəsi tərəfindən təmizlik işləri aparılıb.

Tarixi abidənin üzərində olan ot örtüyü təmizlənib, ətrafda səliqə-sahman yaradılıb.

Qeyd edək ki, “Türbələr kompleksi” bərpa edilməsi üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib.

Teqlər: