Salyan sakini 57 yaşlı həmyerlisini bıçaqladı

Salyan sakini 57 yaşlı həmyerlisini bıçaqladı

Salyanda 57 yaşlı kişi bıçaqlanıb.

Rayon sakini, 1963-cü il təvəllüdlü Abuzər Kazımov həmyerlisi ilə aralarında yaranmış mübahisə zamanı bir neçə bıçaq zərbəsi alıb.

Yaralı dərhal Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda A.Kazımovu bıçaqlayan şəxsin kimliyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.