Şahmatçımız Millətlər Kubokunda ilk qələbəsini qazandı

Şahmatçımız Millətlər Kubokunda ilk qələbəsini qazandı

Şahmat üzrə onlayn Millətlər Kubokunda əsas mərhələyə yekun vurulub.

Azərbaycan təmsilçisi Teymur Rəcəbovun çıxış etdiyi Dünya yığması son 2 turda Rusiya və Avropa komandaları ilə üz-üzə gəlib. Hər iki görüş heç-heçə ilə yekunlaşıb – 2:2. Birinci lövhədə oynayan Rəcəbov ilk görüşündə rusiyalı Vladislav Artemyovu yenib.

Bu, 35 yaşlı qrossmeysterin Millətlər Kubokunda ilk qələbəsi olub. O, son qarşılaşmasında isə fransalı Maksim Vaşyö-Laqravla heç-heçə edib.