Şahmatçı millimizin üzvü Almaniya çempionu oldu

Şahmatçı millimizin üzvü Almaniya çempionu oldu

Şahmat üzrə Azərbaycan millisinin üzvü Arkadi Naydiç Almaniya çempionu olub.

35 yaşlı qrossmeyster buna “OSG Baden-Baden” komandasının heyətində yiyələnib. Naydiçin komandası sonuncu – 7-ci turda heyətində Şəhriyar Məmmədyarovun da yer aldığı “Vernhaym”ı üstələyib – 4.5:3.5.

Məmmədyarov son görüşdə ABŞ-ın tanınmış şahmatçısı Fabiano Karuanaya, Naydiç isə latviyalı İqor Kovalenkoya qalib gəlib – 1:0.

Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran “OSG Baden-Baden” çempionatda maksimum nəticə ilə qalib olub. Rəqibindən 2 xal az toplayan “Vernhaym” gümüş medal qazanıb.