Sahibkarlar lisenziya üçün Xaçmaz KOB evinə də müraciət edə bilərlər

Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektləri müxtəlif fəaliyyət sahələrinə İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalar üçün “Xaçmaz KOB evi”nə də müraciət edə bilərlər. Mart ayında “Xaçmaz KOB evi” vasitəsilə sahibkarlıq subyektinə bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı üçün lisenziya verilib.

KOBİA-dan AzerTimes-a bildirilib ki, həmçinin, mart ayında Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərindən müxtəlif fəaliyyət sahələrinə lisenziyaların verilməsi üçün “Xaçmaz KOB evi”nə müraciətlər daxil olub.


Qeyd edək ki, “Xaçmaz KOB evi”ndə 16 dövlət və özəl qurum tərəfindən sahibkarlıq subyektlərinə 200-dən çox dövlət-biznes (G2B) və zəruri biznes-biznes (B2B) xidmətləri göstərilir, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaların verilməsi həyata keçirilir.

Teqlər: