“Şahdəniz” yatağında texniki problemlər yoxdur – BP

Xəbər - Ləman Zeynalova – Trend:

Hazırda “Şahdəniz” qaz-kondensat yatağında texniki problemlər yoxdur.

Bu barədə AzerTimes-a “BP Azerbaijan” şirkətindən Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə təbii qaz tədarükünün texniki səbəblərlə əlaqədar azalması barədə suala cavab olaraq bildiriblər:

Qeyd olunub ki, fevralın 22-də “Şahdəniz” yatağında iki platformadan birində texniki problem yaranıb:

“Bu, TANAP vasitəsilə tədarükə təsir göstərib. Həmin qüsur bir neçə saat ərzində aradan qaldırılıb və axın bərpa olunub. Daha sonra axın normal səviyyəsinə qayıdıb və hazırda heç bir texniki problem yoxdur”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: