“Şahdəniz” yatağında kondensat hasilat sutkada 0,16 milyon barelə çatacaq – OPEC

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

2020-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatının 0,06 milyon barel/sutka azalmasından sonra 2021-ci ildə 0,73 milyon/barel sutka səviyyəsində qalacağı proqnozlaşdırılır.

AzerTimes-ın məlumatına görə, bu barədə OPEC-in hesabatında deyilir.

Qeyd olunur ki, Azərbaycanda 2021-ci ilin yanvar-fevral aylarında maye karbohidrogen hasilatı ötən ilin dekabrı ilə müqayisədə 0,01 milyon barel/sutka azalaraq 0,72 milyon barel/sutka təşkil edib:

“Dekabr ayında “Şahdəniz” yatağının işlənməsi zamanı dərinsulu “Şərq-Cənub” cinahında hasilat gücünün genişləndirilməsindən sonra kondensat hasilatı rekord səviyyəyə çatıb. Həmin layihənin başa çatmasından sonra “Şahdəniz” yatağında kondensat hasilatının 0,16 milyon barel/sutkaya çatması gözlənilir”.

Teqlər: